Kateqoriyasız

Premyer Liqamızda yeni mövsüm başladı: “Qarabağ”dan qələbə

Bu gün Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünə start veriləcək.

İdmamxeber.az-ın məlumatına görə, mövsümün açılış oyununda son çempion “Qarabağ” “Keşlə” ilə qarşılaşacaq. Bu qarşılaşma “Keşlə” klubunun stadionunun təmirə bağlanması səbəbindən “Dalğa Arena”da oynanılacaq.

Ümumilikdə ilk turun oyunları 3 ayrı gündə keçiriləcək.

Azərbaycan Premyer Liqası, 1-ci tur

16 avqust

Keşlə – Qarabağ
Hakimlər:
 Orxan Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov, Etibar Həsənov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Dalğa Arena”, 19:00

16 avqust (cümə)

Azərbaycan Premyer Liqası, I tur

19:00. “Keşlə” – “Qarabağ” – 0:1
Qol: 
İsmayıl İbrahimli, 78
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov, Etibar Həsənov
“Dalğa Arena”

18 avqust

Səbail – Zirə
Hakimlər:
 Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena”, 20:00

19 avqust

Neftçi – Sabah
Hakimlər:
 Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
8-ci km stadionu, 20:00


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43