Ölkə futbolu

Premyer Liqamızın ən bahalı futbolçuları

Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların transfer bazarındakı dəyəri yenilənib.

İdmanxeber.az “Transfermarkt”ə istinadən xəbər verir ki, Premyer Liqanın ən dəyərli futbolçuları “Qarabağ”da çıxış edir. Ən bahalı oyunçu Abdulla Zubirdi. Onun qiyməti 1,6 milyondu. İkinci yerdə Maksim Medvedevdi. Onun qiyməti dəyişməyib – 1,3 milyon avro.

Ağdam klubun digər legioneri Filip Ozobiç ilk “3-lüy”ü qapayır. Bədavi Hüseynov, Mahir Emreli (hər ikisi 1,2 mln), Qara Qarayev və Ailton (hər ikisi 1,1 mln) növbəti sıralardadı.


İlk “10-luq”da “Neftçi”nin 3 futbolçusu da yer alıb. Emin Mahmudov və 100 min avro dəyər qazanan Stiven Monroz 1 milyonluq qiymətlə 8-9-cu yerləri bölüşür.

Premyer Liqamızda ən bahalı heyət “Qarabağ”da (14,78 mln), ən ucuz isə “Qəbələ”dədi (4,73 mln).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Mustafa Dənizlinin istədiyi futbolçu hazırkı komandasına qiymət oxudu: Lənkərana gələ bilər

admin

Superkubokun sahibi “Xəzər Lənkəran” oldu!

admin

QALMAQAL! “Qaradağ” bir dəqiqəyə iki qol buraxdı, Binə stadionu cəhənnəmə döndü

admin