20 Sentyabr 2024
Ölkə futbolu

Premyer Liqamızın ən dəyərli futbolçusu açıqlandı

Dünyaca məşhur “Transfermarkt” portalı Azərbaycan Premyer Liqasında çıxış edən ən dəyərli futbolçuların siyahısını yeniləyib.

İdmanxeber.az-ın məlumatına görə, ölkəmizdə top qovan ən bahalı oyunçu “Qarabağ”ın forvardı Olavio Juninyodu. Braziliyalının qiyməti 2 milyon avro olaraq bəlirlənib.

İkinci sırada Ağdam təmsilçisinin üzvü Lenadro Andrade (1,5), üçüncü və dördüncü pillələdə isə Nəriman Axundzadə ilə Yassin Benzia (1,2) qərararlaşıb.

Neftçi”də çıxış edən 29 yaşlı müdafiəçi Yuri Matiasın qiyməti dəyişməz olaraq qalıb – 1,2 milyon avro.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43