Ölkə futbolu

Premyer Liqamızın növbəti turuna hakim təyinatları

Topaz Premyer Liqasında 10-cu turun oyunları üçün bütün təyinatlar açıqlanıb.

İdmanxeber.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, şənbə günü “Keşlə” və “Neftçi” arasında keçiriləcək paytaxt derbisini Rauf Cabbarov, “Qarabağ” – “Sumqayıt” matçını isə Vüqar Həsənli idarə edəcək.

Bazar günü oynanılacaq “Qəbələ” – “Sabah” matçında ədaləti Rəvan Həmzəzadə qoruyacaq. Turun son qarşılaşması olan “Zirə” – “Səbail” görüşünün baş hakimi isə Rəhim Həsənov olacaq.


3 noyabr (şənbə)

17:00. “Keşlə” – “Neftçi”
Hakimlər:
 Rauf Cabbarov, Nahid Əliyev, Elşad Abdullayev, Sərxan İsmayılov
“ASK Arena”

19:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər:
 Vüqar Həsənli, Akif Əmirəli, Knyaz Əmiraslanov, Əliyar Ağayev
“Azersun Arena”

4 noyabr (bazar)

17:00. “Qəbələ” – “Sabah”
Hakimlər:
 Rəvan Həmzəzadə, Mübariz Haşımov, Vüqar Bayramov, Mahir Məmmədov
Qəbələ şəhər stadionu

19:00. “Zirə” – “Səbail”
Hakimlər: 
Rəhim Həsənov, Zeynal Zeynalov, Rza Məmmədov, Nahid Xasıyev
“Bakcell Arena”

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43