Premyer Liqa

Premyer Liqanın 26-cı turunun hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasında 26-cı turun hakim təyinatları açıqlanıb.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, turun mərkəzi oyunu – “Qəbələ” – “Qarabağ” matçını Əloyar Ağayev idarə edəcək.

Ümumilikdə, 26-cı turun oyunları aşağıda adları qeyd olunan hakimlərə həvalə olunub:

18 mart (cümə)

“Rəvan” – “Sumqayıt”

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, İsgəndər Əliyev, Ziya Nəsirov

19 mart (şənbə)

“Qəbələ” – “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Knyaz Əmiraslanov, İnqilab Məmmədov

“Neftçi” – “Kəpəz”

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Coşqun Həsənov, Fariz Yusifov

20 mart (bazar)

“Xəzər Lənkəran” – “İnter”

Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Mahir Məmmədov

“Zirə” – AZAL

Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Munis Abdullayev, Orxan Məmmədov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43