Ölkə futbolu

Premyer Liqanın 28-ci turunun 3 oyunu canlı yayımda: “Neftçi” – “Xəzər Lənkəran” matçı mavi ekranlarda

Azərbaycan Premyer Liqasının 28-ci turunun 3 oyunu canlı yayımlanacaq.

İdmanxeber.com-un məlumatına görə, martın 29-da keçiriləcək "Neftçi" – "Xəzər Lənkəran" oyunu saat 17:00-dan etibarən "İdman Azərbaycan" telekanalında canlı yayımlanacaq. 

Bundan əlavə, həmin gün keçiriləcək "Bakı" – "Simurq" matçını da (15:00) azarkeşlər televiziya vasitəsi ilə canlı izləyə biləcəklər.

Martın 30-da lider "Qarabağ" öz meydanında "Qəbələ" ilə üz-üzə gələcək ki, bu oyun da "İdman Azərbaycan"ın canlı yayımında olacaq. Sözügedən matç isə saat 18:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43