Ölkə futbolu

Premyer Liqanın 32-ci turunun iki oyunu canlı yayımlanacaq

Topaz Premyer Liqasının 32-ci turunun iki oyunu canlı yayımlanacaq.

İdmanxeber.com-un məlumatına görə, saat 16:00-da start götürəcək “Qəbələ” – “Simurq” matçı İdman Azərbaycanın canlı efirində olacaq.

Turun mərkəzi qarşılaşması sayılan “Qarabağ” – “Neftçi” oyunu isə saat 20:00-dan etibarən “İdman Azərbaycan” telekanalından canlı yayımlanacaq.

Artıq sözügedən oyunlar kanalın proqramına salınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43