Ölkə futbolu

Premyer Liqanın 33-cü turunun iki oyunu canlı yayımlanacaq

Premyer Liqanın 33-cü turunun iki qarşılaşması canlı yayımlanacaq.

İdmanxeber.com-un məlumatına görə, may ayının 2-də baş tutacaq oyunlardan yalnız “Bakı” – “Qarabağ” (15:00) və bundan iki saat sonra “Neftçi” – “Qəbələ” matçlarını (17:00) azarkeşlər canlı izləyə biləcəklər.

Biləcəridə baş tutacaq oyun AZTV, “Bakcell Arena”da oynanılacaq qarşılaşma isə İdman Azərbaycan telekanalının canlı efirində olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43