İdman

Premyer Liqanın bombardiri “Qarabağ”a qarşı oynamayacaq

Premyer Liqanın 13-cü turunda “Qarabağ”la qarşılaşacaq “Qəbələ” oyuna ciddi itki ilə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar”ın əsas hücumçusu Dabo “Anderlext”lə matçda zədələnib.

Premyer Liqanın bombardiri ən azı 2-3 həftə meydana çıxa bilməyəcək.

Qeyd edək ki, noyabrın 29-da keçirilən “Qarabağ” – “Qəbələ” oyunu saat 19:00-da başlayacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43