Kateqoriyasız

Premyer Liqanın intizamsız komandası

Topaz Premyer Liqasının ötən mövsümündə ən çox qayda pozuntusuna yol verən komanda AZAL-dır.

İdmanxeber.com-un məlumatına görə, “təyyarəçilər” orta hesabla hər oyunda 20 dəfə qayda pozuntusuna yol verib ki, bunların da yarısı meydançanın özünə aid hissəsində baş verib. Mövsümdə 102 sarı vərəqə alan AZAL futbolçuları bu göstəricidə ilk pillədə qərarlaşıb.

Oyunboyu ən az qayda pozuntusuna yol verən komandalar isə “Neftçi”, “Sumqayıt” və “İnter”dir – hərəyə orta hesabla 15 dəfə.

“Neftçi” futbolçuları mövsüm ərzində 13 dəfə qırmızı vərəqə alıb. Bu, digər komandalarla müqayisədə ən yüksək göstəricidir. Ölkə çempionu “Qarabağ”ın futbolçuları isə ən aşağı sarı və qırmızı vərəqə göstəricisinə malikdirlər. 61 dəfə sarı vərəqə ilə cəzalanan Ağdam təmsilçisinin nümayəndələri mövsüm ərzində bir dənə də olsun qırmızı vərəqə almayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43