Premyer Liqa

Premyer Liqanın XXIV turunun 3 oyunu canlı yayımlanacaq

Premyer Liqanın 24-cü turunun üç qarşılaşması canlı yayımlanacaq.

İdmanxeber.com-un məlumatına görə, turun bütün görüşləri fevralın 28-də keçiriləcək. Bu matçlardan üçün canlı yayımlanacaq.

Belə ki, azarkeşlər öncə Zaqatalada keçiriləcək “Simurq” – “Qəbələ” matçını (15:00), daha sonra turun mərkəzi qarşılaşması olan “Neftçi” – “Qarabağ” duelini İdman Azərbaycan telekanalı vasitəsi ilə izləyə bilərlər. 

Turun ən gec başlayacaq oyunu – “Rəvan” – AZAL matçı isə 19:30-da etibarən “İdman Azərbaycan” telekanalı vasitəsi ilə canlı olaraq azarkeşlərə nümayiş etdiriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43