21 Sentyabr 2024
Ölkə futbolu

Premyer Liqaya vəsiqə qazanan komanda yarımmüdafiəçi ilə vidalaşdı

Azərbaycan Premyer Liqasına vəsiqə qazanan “Şamaxı” futbolçusu Samir Məhərrəmli ilə yollarını ayırıb.

İdmanxeber.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti yenilənməyib.

Qeyd edək ki, “Şamaxı” daha əvvəl baş məşqçi Ramiz Məmmədovla yollarını ayırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43