Dünya futbolu

Premyer Liqaya yüksələn sonuncu komanda məlum oldu

İngiltərə Premyer Liqasına vəsiqə qazanan sonuncu, üçüncü komandanın da adına aydınlıq gəlib.

Idmanxeber.com-un məlumatına görə, söhbət “Haddersfild” klubundan gedir. Sözügedən komanda Premyer Liqaya vəsiqə uğrunda pley-off mərhələsində “Ridinq”lə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtında hesab açılamayıb. Oyuna artırılmış dəqiqələrdə də komandalar fərqlənə bilmədiyi üçün qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Burada rəqibini məğlub edən (4:3) “Haddersfild” 45 ildən sonra ilk dəfə Premyer Liqada oynamaq hüququ qazanıb.

Qeyd edək ki, “Haddersfild”dən öncə “Nyukasl” və “Brayton” komandaları Premyer Liqaya vəsiqəni təmin etmişdilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43