03 Dekabr 2020
Kateqoriyasız

Prezident açıqladı: Bu kəndlərimiz də işğaldan azad edildi

Azərbaycan Ordusu daha bir neçə yaşayış məntəqəsini erməni işğalından azad edib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev “Tvitter” səhifəsində bildirib.

“Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini,

Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Araz “Qarabağ”ın əvəzedici heyətində qol vurdu – birinci divizion

admin

“Kürdəmirdə klub yaradılsa, maliyyə dəstəyi verə bilərəm” – Ramil Şeydayev

admin

“Qarabağ”ın gəliri bilindi

admin