Kateqoriyasız

Prezident “Bakı-2015″i işıqlandıran qaziyə nə deyib?

Bakıda keçirilən ilk Avropa Oyunlarında yarışları əlil arabasında işıqlandıran yeganə fotoqraf, 1-ci qrup Qarabağ qazisi (əlili) İlham Məhərrəmovun dünən prezident İlham Əliyevlə fotosu yayılıb.

İdmanxeber.com-un qaziler.az saytına istinadən yaydığı xəbərə görə, İ.Məhərrəmov prezidentin özünün ona yaxınlaşaraq şəkil çəkdirdiyini bildirib:

“Mən cənab prezidentin fotosunu çəkmək istəyirdim, özü mənə yaxınlaşdı, fotoaparatı əlimdən alıb, köməkçimə verib dedi ki, “bizim şəklimizi çək”. Onun mənimlə görüşünü, şəkil çəkdirməyini tribunadakı tamaşaçılar alqışlarla qarşıladı. Cənab Prezident dedi ki, mənimlə görüşəcək”.

Xatırladaq ki, İ.Məhərrəmov 21 il əvvəl Qarabağ müharibəsində aldığı yaralar səbəbindən elə o vaxtdan əlil arabasındadır. Arabaçı TV-nin yaradıcısı olan qəhrəmanımız o zamanlar Qarabağ da könüllü getmişdir, bu gün də Birinci Avropa Oyunlarında könüllü olaraq çalışır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43