İdman

Prezident İlham Əliyev güləşçilərimiz haqda sərəncam imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında” sərəncam imzalayıb.

İdmanxeber.com-un “Azərtac”a istinadən yaydığı xəbərə görə, sənəddə qeyd olunub ki, Fransanın paytaxtı Paris şəhərində keçirilmiş güləş üzrə dünya çempionatında Əliyev Hacı Azər oğlu və Almaniyanın Hamburq şəhərində keçirilmiş boks üzrə dünya çempionatında Məcidov Məhəmmədrəsul Yusupoviç yüksək nəticələr əldə edərək üçqat dünya çempionu adını qazanıb və Azərbaycan idmanının şöhrətini daha da artırıblar.
Sənədlə Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə üçqat dünya çempionları Hacı Azər oğlu Əliyevə və Məhəmmədrəsul Yusupoviç Məcidova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Oxşar xəbərlər

Millimizin AÇ-dakı oyunlarının başlama saatları bəlli oldu

admin

“Real” – APOEL matçında 3 qol – VİDEO

admin

İdmançımız Avropa Çempionatında erməniyə qalib gəldi

admin