Ölkə futbolu

Prezident İlham Əliyevə “Qarabağ”ın 10 nömrəli forması həddiyə olundu – FOTOLAR

“Qarabağ”ın prezidenti Tahir Gözəl bu gün Prezident İlham Əliyevlə görüşdə klub adından ölkə başçısına xatirə hədiyyəsi təqdim edib.

İdmanxeber.com-un xəbərinə görə, ölkə başçısına komandanın Çempionlar Liqası loqolu 10 nömrəli forması, eləcə də üzərində futbolçuların avtoqrafı olan ÇL topu hədiyyə olunub.

Qeyd edək ki, ölkə başçısı 3 il əvvəl də “Qarabağ”ın heyətini qəbul etmiş, həmin görüşdə də dövlət başçısına 10 nömrəli forma hədiyyə edilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43