İdman

Prezident kubokunda finalçılar bəlli oldu

Binə Atçılıq Mərkəzində, Çövkən Milli Atüstü oyunu üzrə Prezident Kuboku turnirinin yarımfinal mərhələsinə yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, ilk oyunda “Polad” komandası “Ağstafa” komandasını 4-1 hesabı ilə məğlub edib. Digər yarımfinal görüşündə isə “Sərhədçi” kollektivi “Ağcabədi” komandasından güclü olub 1-0. Dekabrın 24-ü keçirilicək final mərhələsində əvvəlcə 3-cü yerin sahibi məlum olacaq. Meydana “Ağstafa” və “Ağcabədi” komandaları çıxacaqlar. Ardınca isə final oyunu baş tutacaq. “Sərhədçi” komandası “Polad” kollektivini sınağa çəkəcək. Çövkən Milli Atüstü oyunu üzrə Prezident Kuboku turnirinin final mərhələsi Saat 12:00 -da başlanacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43