18 Oktyabr 2021
Kateqoriyasız

Prezidentdən İqor Ponomaryovla bağlı – Sərəncam

Prezident İlham Əliyev İqor Ponomaryovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə İqor Anatolyeviç Ponomaryov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, “Neftçi”nin veteran futbolçusunun bu gün 60 yaşı tamam olur. Keçmiş yarımmüdafiəçi 1978-1981, 1983-1989-cu illər ərzində “Neftçi”nin heyətində 246 oyun keçirib, 70 qol vurub. 1988-ci ildə SSRİ Olimpiya yığmasının heyətində qızıl medal qazanmış Ponomaryov Azərbaycan milli komandasının baş məşqçisi (2000-2001) vəzifəsində də çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Ramil Şeydayev: “Buraxdığımız qol məni çox məyus etdi”

admin

Qara Qarayevdən sərt açıqlama: “Onlar artıq bizim azarkeşimiz deyillər”

admin

“Azərbaycanda futbol daim inkişaf edir” – millinin məşqçisi

admin