Kateqoriyasız

Prezidentdən “Sabah”a: “Sizə nifrət edirəm”

“Sabah” Premyet Liqanın 3-cü turunda da qələbəsiz qaldı.

Dünən “Zirə” ilə oyunda da xal itirən (1:1) komandaya 3 günlük istirahət verilsə də, gecə saatlarında təcili iclas olacağı barədə komandaya məlumat verilib.

Bu gün saat 13:00-da isə iclas olub. Klub prezidenti Maqsud Adıgözəlov iclasda bu ifadələri səsləndirib:

“Ayrı-ayrılıqda sizin hər birinizə hörmət edirəm. Komanda şəklində isə sizə nifrət edirəm. Bundan sonra nə oyunlarınıza, nə də məşqlərinizdə iştirak etməyəcəm. Mən getdim”.

Bu sözlərin hansı mənanı verdiyi barədə fikir bildirmək istəmirik. Zamanla hər şey bəlli olacaq. Ancaq görünən odur ki, komandanın 3 oyuna 2 xal toplaması klubun təsisçilərinin heç də ürəyincə deyil.

Bəlkə də bu sözlərlə Adıgözəlov istefaya göndərildiyinə işarə etmək istəyib. Belə olarsa yəqin ki, bütün idarə heyyəti və məşqçilər korpusu da istefaya göndəriləcək. Proseslərin davamını diqqətdə saxlamağa çalışacağıq. Sportlife.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43