İdman

“Proqres”in prezidenti: “Qəbələ”dən ehtiyatlanırıq”

“Qəbələdəki qələbə keçmişdə qaldı. Bu gözəl və layiqli qələbə idi, ancaq irəliyə baxmaq lazımdır”. 

İdmanxeber.com-un məlumtına görə, bu sözləri Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan Lüksemburqun “Proqres” klubunun prezidenti Fabio Maroki deyib.  

Klub prezidenti “Qəbələ”dən ehtiyatlandıqlarını bildirib: “Qələbə qazansaq da, arxayınlaşmamalıyıq. Rəqib Lüksemburda daha yaxşı oyun sərgiləyə bilər. Çünki “Qəbələ” möhkəm və Avropa təcrübəsi olan komandadır. Mərhələ keçmək üçün evdə daha yaxşı oyun sərgiləməliyik”.

Qeyd edək ki, Qəbələdə baş tutan oyunda Lüksemburq klubu qələbəyə (0:2) sevinib. Tərəflər arasındakı cavab matçı iyulun 19-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43