Milli komanda

Prosineçki 4 futbolçunu millidən kənarlaşdırdı

Millimizin baş məşqçisi Robert Prosineçkinin AÇ-2016 seçmə mərhələsində millimizin qarşılaşacağı Xorvatiya və Malta üçün 30 futbolçuya dəvət göndəridiyi barədə məlumat vermişdik.

İdmanxeber.com sportal.az-a istinadən xəbər verir ki, Prosineçki avqustun 24-dən bəri millimizin təlim-məşq toplanışda iştirak edən 4 futbolçunu komandadan göndərir. Siyahıda “Neftçi”dən Rəhman Hacıyev, “Zirə”dən Nurlan Novruzov, AZAL-dan Seymur Əsədov və “Qəbələ”dən Ürfan Abbasov var. Onların sabah düşərgəni tərk edəcəyi gözlənilir.

Qeyd edək ki, bu 4 futbolçu ilk dəfə idi ki, təlim-məşq toplanışına dəvət almışdılar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43