Milli komanda

Prosineçki açıqladı: “Mahir Şükürov və Eddi İsrafilov milliyə çağırılmayacaq”

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Norveçlə oyun üçün açıqlayacağı heyətə Mahir Şükürov və Eddi İsrafilovun adını salmayacaq.

İdmanxeber.com-un məlumatına görə, xorvatiyalı mütəxəssis bu qərarını belə əlaqələndirib:

“Həm Mahir, həm də Eddi Norveçlə oyuna çağırılmayacaqlar. Mahir Şükürov klubsuzdu. Buna görə də klubsuz futbolçunu milliyə dəvət etməyəcəm. Eddi İsrafilovun isə zədəsi var”.

Qeyd edək ki, Norveç – Azərbaycan oyunu iyunun 12-də Osloda, “Ullevaal” stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43