Milli komanda

Prosineçki: “Almaniya ilə oyunların favoriti olmaq mümkün deyil”

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində çıxışını dəyərləndirib.

İdmanxeber.com xəbər verir ki, xorvatiyalı mütəxəssis futbolçularından və Almaniya millisi ilə qarşılaşma barədə fikirlərini bölüşüb:

"Biz doğrudan da böyük səylə çalışırıq. Oyunçularda özünəinam hissi yaranıb. Artıq onlar öz güclərinə əmindirlər, istənilən rəqibi təəccübləndirməyi bacaracaq gücdə olduqlarını bilirlər. Biz Almaniya yığmasından danışırıq! Hansı ki, bu komandada bir çatışmazlıq yoxdur. Onlar həmişə güclüdürlər. Daim böyük turnirlərin final mərhələsində çıxış edirlər. Almaniya ilə oyunların favoriti olmaq mümkün deyil. Bu, hansısa klubun Madrid "Real"ına, "Barselona"ya qarşı oyunun favoriti adlandırılmasına bənzəyir". (FİFA)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43