Kateqoriyasız

Prosineçki: “Azərbaycana qayıda bilərəm”

Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlərdən olan Robert Prosineçki iddialara münasibət bildirib.

Xorvatiyalı mütəxəssis iddiaları təkzib etməyib:

“Hər şey baş verə bilər. Azərbaycan milli komandası ilə nəticə qazanmaq üçün hər cür şərait yaradılıb”.

 

50 yaşlı mütəxəssis 2014-2017-ci illərdə Azərbaycan yığmasını çalışdırıb. Onun son iş yeri Bosniya və Herseqovina yığması olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43