Ölkə futbolu

Prosineçki: “Azərbaycan futbol ölkəsi deyil”

DÇ-2018-in seçmə mərhələsindəki uğurlu nəticələrdən sonra Prosineçki Azərbaycanla yanaşı, Xorvatiyada da gündəmdədir.

İdmanxeber.com xəbər verir ki, 47 yaşlı mütəxəssis ölkə mətbuatına müsahibəsində millimizlə uğurlu seriyanı davam etdirmək istədiyini deyib: “Uğurlu seriyanı növbəti ayda da davam etdirməyi arzulayıram. Artıq futbolçular özlərinə tam əmindirlər. Bizdən asılı olan hər şeyi edəcəyik. Azərbaycan futbol ölkəsi deyil. Amma onlar idmanda işləməyi, nəticə verməyi bacarırlar. Xüsusilə, ağır atletika, güləş və boksda çoxlu medallar qazanıblar. Uğurlu nəticələrdən sonra Bakıda hamı futboldan danışır. Çünki Azərbaycan tarixi nəticəyə imza atmaq üçün yaxşı şans əldə edib. Bir balaca eyforiya var. Bu, həm yaxşıdır, həm də pis. Bundan sonra hər hansı rəqiblə qarşılaşanda “Azərbaycan yığması daha boks üçün nəzərdə tutulan qum torbası deyil” 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43