Kateqoriyasız

Prosineçki Beqoviçin “Qarabağ”a keçidinə nə dedi?

Milli komandamızın sabiq çalışdırıcısı, hazırsa Bosniya və Herseqovina millisinin baş məşqçisi olan Robert Prosineçki yığmanın qapıçısı Asmir Beqoviçin “Qarabağ”a keçidi barədə danışıb.

 

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis 32 yaşlı qolkiperin oynaya biləcəyi bir kollektivə getdiyi üçün məmnun olduğunu deyib:

“Eşitdiyimə görə, Beqoviç yeni bir klub tapıb və “Qarabağ”a keçib. Əlbəttə bundan çox məmnunam. Çünki artıq oynamaq vaxtıdır. Milli komandada daimi olmaq üçün oynamalısan”, – deyə Prosineçki bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43