Milli komanda

Prosineçki: “Bu gün uduzmaq olmazdı”

“Komandamı yaxşı oyun münasibətilə təbrik edirəm. Bilirdik ki, bizi çətin oyun gözləyir. Norveç güclü komandadı”. 

İdmanxeber.com-un apasport.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

Milli komandamız AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün səfərdə Norveç yığması ilə qarşılaşıb. Qolsuz bərabərliklə nəticələnən matçdan sonra Prosineçki mətbuat konfransı keçirib. Xorvatiyalı çalışdırıcı nəticədən və komandasının oyunundan razı qaldığını bildirib: “Mənim komandam əlindən gələni etdi. Oyunun gedişində bəzən üstünlük bizim tərəfimizdə oldu. Rəqib uzun ötürmələrlə hündürboylu futbolçulardan istifadə etmək istəyirdik. Bu gün biz yaxşı oyun və mübarizə ilə 1 xal qazandıq. Məncə, ədalətli nəticə idi”.

Prosineçki qeyd edib ki, yığmamız bu gün uduzmamağa borclu idi: “Bu gün Azərbaycanda vacib gündü. İlk Avropa Oyunlarının açılış mərasimi idi. Bilirdik ki, Azərbaycan tarixində böyük gündü. Açılışdan sonra bütün ölkə bizə baxacaqdı. Bu gün uduzmaq olmazdı. Buna görə də, oyundan qabaq komandaya təzyiq var idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43