İdman

Prosineçki “Bursaspor”a getmək üçün bu gün AFFA rəhbərliyi ilə görüşür

Millimizin baş məşqçisi Robert Prosineçkinin “Bursaspor” klubuna keçidi bu həftə rəsmiləşə bilər.

İdmanxeber.com-un məlumatına görə, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xorvatiyalı mütəxəssis bu gün AFFA prezidenti Rövnəq Abdullayevlə görüşəcək. Türkiyə mətbuatı “Bursaspor”la ortaq məxrəcə gələn Prosineçkinin AFFA ilə ilin sonuna qədər olan müqaviləsinə xitam verilməsi üçün danışıqlar aparacağını qeyd edib.

Əgər Prosineçki müsbət cavab almasa, oktyabra qədər həm millidə, həm də “Bursaspor”da işləmək üçün icazə istəyəcək. “Yaşıl timsahlar”ın rəhbərliyi də onun hər iki cəbhədə çalışmasının əleyhinə deyil.

Qeyd edək ki, Prosineçkinin AFFA ilə müqaviləsi cari ilin sonuna qədərdir. Millimiz DÇ-2018-in seçmə mərhələsində son oyununu oktyabrın 8-də Almaniya yığmasına qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43