Ölkə futbolu

Prosineçki: “Çelsi Abromoviçin puluna arxalana bilər”

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki İtaliya millisinin sabiq baş məşqçisi Antonio Konteyə təriflər yağdırıb.

İdmanxeber.com-un İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli çalışdırıcı bunları deyib:

"İtaliya millisinə görə məyus oldum. Onların Avropa çempionu olacaqlarını düşünürdüm. Antonio Kontenin yığmanı çempion edə biləcəyinə inanırdım. Çünki çox yaxşı çıxış edirdilər. Amma təəssüf ki, indi İtaliya millisində Andrea Pirlo, Alessandro Del Pyero, Françesko Totti və Roberto Bacco kimi komandanı arxasınca aparacaq ulduz futbolçular yoxdu”.

Xorvatiyalı məşqçi Kontenin yeni "dayanacağı" olan "Çelsi" haqqında da fikir bildirib:"Konte çox güclü məşqçidi. “Çelsi” indi daha güclü komandaya çevrilmək üçün Roman Abramoviçin puluna arxalana bilər. Joze Mourinyo və Pep Qvardiolanın da İngiltərəyə yollanması çox yaxşı oldu. Konte onların hər ikisini əzəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43