Milli komanda

Prosineçki: “Fərdi ustalıq öz sözünü dedi”

Avstriyada Azərbaycan və Serbiya milli komandaları arasında keçirilmiş yoldaşlıq oyunu 4:1 serblərin hesabı ilə başa çatıb.

İdmanxeber.com-un məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Robert Prosineçki ilk hissədə komandanın oyunundan razı qaldığını bildirib:

“Hesab edirəm ki, yaxşı sınaq oyunu oldu. Birinci hissədə daha yaxşı oynadıq. Hesabı bərabərləşdirə bildik. Amma Serbiya millisinin üzvlərinin əksəriyyətinin Avropanın aparıcı klublarında çıxış etməsi nəticəyə təsirini göstərdi. Fərdi ustalıq öz sözünü dedi; qolların birini standart vəziyyətdən – künc zərbəsindən, ikisini isə uzaq məsafədən vurulmuş zərbələrdən sonra buraxdıq. Ümumilikdə, oyunu təhlil etməli olsaq, birinci hissədən razı qaldım. Serbiya millisi kimi komandalarla başabaş mübarizə apara bilmək üçün çox çalışmalıyıq. Toplanışın gedişindən razıyam. Norveç yığması ilə oyuna daha böyük motivasiya və istəklə hazırlaşmalıyıq. Buna nail olsaq, rəqibimizlə eyni səviyyədə oynaya bilərik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43