Ölkə futbolu

Prosineçki: “Futbolda hər cür nəticə ilə qarşılaşmaq olar”

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində keçiriləcək San Marino – Azərbaycan oyunu ilə bağlı fikirlərini bildirib:

“Hazırlıq çox yaxşı keçir. Artıq 8 gündür ki, birlikdəyik. Düzdür, bütün oyunçular əvvəldən bizimlə birlikdə deyildi, ancaq istənilən halda, prosesin gedişindən məmnunam. Təəssüf ki, Bədavi Hüseynov və Ruslan Abışov zədə səbəbindən bizimlə birlikdə ola bilməyəcək. Yüksək əhval-ruhiyyədə San-Marino yığması ilə oyunu gözləyirik. Futbolda hər cür nəticə ilə qarşılaşmaq olar. Biz səfərə qələbə üçün gedirik. Komandama inanıram”.(affa.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43