Milli komanda

Prosineçki: “İspaniya və İtaliya ilə mübarizə apara bilərik”

“Azərbaycan millisi hazırda yaxşı vəziyyətdə deyil. Ancaq bu ölkənin potensialı var. Uşaq futboluna, aşağı yaş qruplarına böyük önəm verən bir ölkədir. Qarşıda bunun bəhrəsini görəcəklər”.

İdmanxeber.com goal.com-a istionadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

Xorvatiyalı mütəxəssis Malta ilə sabah baş tutacaq oyuna da toxunub:

“Biz İspaniya və ya İtaliyanı mütləq məğlub edə bilərik deyə bilmərəm. Ancaq əminliklə deyə bilıərəm ki, onlarla başa-baş oynaya bilərik. Burada potensial var. Qarşıdkaı illərdə yaxşı işlər görəcəyik. Yığma komandanın baş məşqçisiyəm. Üç aydan bir komandamı oyuna çıxarıram. Buna görə də çempionat oyunlarını və gənc futbolçuları izləməyə vaxtım olur. Azərbaycan futbolunda potensialı görməsəydim, belə əmin danışmazdım”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43