Dünya futbolu

Prosineçki istefa verdi – Azərbaycana qayıdır?

Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki istefa verib.  Bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb. Yığmamızın sabiq baş məşqçisi 2018-ci ildən Bosniya və Herseqovina millisini çalışdırırdı.

Prosineçkinin yığmamızda həmyerlisi Nikola Yurçeviçi əvəzləyəcəyi haqda xəbərlər yayılıb. 50 yaşlı mütəxəssis 2014-2017-ci illərdə yığmamızın baş məşqçisi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43