Milli komanda

Prosineçki millimizin heyətini açıqladı: kimlər dəvət olundu, kimlər qırağda qaldı?

Fevralın 20-dən 26-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində fevralın 24-də, Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamızın baş məşqçisi Robert Prosineçki təlim-məşq toplanışı üçün 22 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, ötən ilin dekabr ayında millimizin baş məşqçi vəzifəsinə gətirilən xorvatiyalı mütəxəssis yığmamızın ilk heyətini məhz bu gün açıqlayıb.

Qapıçılar: Səlahət Ağayev (“İnter”), Andrey Popoviç (“Sumqayıt”), Emil Balayev (“Ayntraxt”, Almaniya)

Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev (hər üçü “Qarabağ”), Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov (hər ikisi “İnter”), Anton Krivotçuk (klubsuz)

Yarımmüdafiəçilər: Qara Qarayev, Namiq Ələsgərov (hər ikisi “Qarabağ”), Rəşad Sadiqov, Ruslan Abışov, Cavid Hüseynov, Elvin Camalov (hər dördü “Qəbələ”), Əfran İsmaylov, Coşqun Diniyev, Elvin Məmmədov (“İnter”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”)

Hücumçular: Vüqar Nadirov (“Qarabağ”), Ağabala Ramazanov (“Xəzər Lənkəran”), Orxan Əliyev, Məhəmməd Qurbanov (hər ikisi “Sumqayıt”), Rəşad Eyyubov (“Simurq”)

Qeyd edək ki, fevralın 24-də Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış AZAL – “Neftçi” oyunu keçiriləcəyi üçün həmin komandaların üzvləri millinin toplanışına dəvət olunmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43