Milli komanda

Prosineçki millinin heyətini açıqladı

Martın 21-dən 27-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq, hazırlıq prosesi çərçivəsində martın 26-da Qazaxıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Robert Prosineçki toplanışa aşağıda adları qeyd olunmuş 25 futbolçunu dəvət edib:

Qapıçılar: Kamran Ağayev (İnter), Aqil Məmmədov (Neftçi), Səlahət Ağayev (Sumqayıt)
 
Müdafiəçilər: Tərlan Quliyev (Kəpəz), Maksim Medvedev (Qarabağ), Bədavi Hüseynov (Qarabağ), Rəşad Sadıqov (Qarabağ), Maqomed Mirzabekov (Qəbələ), Arif Daşdəmirov (Qəbələ), Pavel Paşayev (Qəbələ), Ruslan Abışov (Qəbələ)
 
Yarımmüdafiəçilər: Cavid Tağıyev (Qarabağ), Rəşad Eyyubov (Qəbələ), Qara Qarayev (Qarabağ), Elvin Məmmədov (Zirə), Əfran İsmayılov (Qarabağ), Dmitri Nazarov (Karlsrue, Almaniya), Rəhman Hacıyev (Neftçi), Araz Abdullayev (Neftçi), Eddi İsrafilov (Kordoba, İspaniya), Murad Səttarlı (AZAL), Ağabala Ramazanov (Sumqayıt), Tugrul Erat (Fortuna Dusseldorf, Almaniya)
 
Hücumçular: Ruslan Qurbanov (Neftçi), Namiq Ələsgərov (Kəpəz)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43