19 Oktyabr 2020
  • Ana səhifə
  • Müsahibə
  • Prosineçki: “Neftçi”nin futbolçularından çox danışılırdı, indi də Nurlan Novruzovdan” (MÜSAHİBƏ)
Müsahibə

Prosineçki: “Neftçi”nin futbolçularından çox danışılırdı, indi də Nurlan Novruzovdan” (MÜSAHİBƏ)

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçiriləcək oyun öncəsi mətbuat konfransı keçirib. 

– 8 gündür tam heyətlə hazırlaşırıq. Hazırlıqdan razıyam. İnanıram ki, yaxşı oyun göstərə biləcəyik. Rəqibə hörmət edirik. Amma onlardan qorxmuruq. Zədəlimiz yoxdur. Uşaqlardan yaxşı oyun gözləyirəm.

– Standart vəziyyətlərdən çox qol buraxırıq. Buna necə hazırlaşmısınız?
– Serbiya ilə oyundan sonra futbolçularla söhbət etdim. Oyunumuzu analiz etdik, səhvlərimizi müzakirə etdik. Yenə də söhbətimiz olacaq. Başa düşürük ki, Norveç yığması da bu baxımdan güclüdürlər. Onlar bizdən daha ucaboydurlar. Komanda olaraq yaxşı oynasaq, konsentrasiyanı itirməsək, standart vəziyyətlərdən də qol buraxmarıq. Serbiya ilə oyunda komandamdan razı qaldım. Həmin oyunun birinci hissəsindəki kimi çıxış edə bilsək, müsbət nəticəyə nail olmağımız mümkündür.

– Sizin gəlişinizdən sonra komandamız daha çox uzaqdan zərbələrlə qol vurur. Sabah da bu, bizim əsas silahımız olacaq?
– Razıyam. Dmitri Nazarov son oyunlarda vacib qollar vurub. Malta və Serbiyanın qapısına yol tapıb. Onun “Karlsrue”nin heyətində “Hamburq”a qarşı oyunlarını da izlədim. Komandasının ən yaxşılarından idi. Ümid edirəm ki, onun Norveçlə oyunda da belə şansları olacaq. Amma əsas kimin qol vurması yox, komanda olaraq necə çıxış etməyimizdir. Biz yüksək səviyyəli oyun sərgiləyə bilirik və növbəti oyunda bir daha bunu bacarmaq lazımdır.

– Güclü hücumçu çatışmazlığının yaşandığı bir vaxtda Nurlan Novruzovu niyə milliyə dəvət etmirsiniz?
– Mən artıq bu suala cavab vermişəm və təkrarçılığa yol vermək istəmirəm. Hətta bir neçə dəfə cavablamışam. Qol vurmağı bacaran futbolçular hər bir komanda üçün vacibdir. Amma mən onu öz oyun sistemimdə görmürəm.

– O, niyə sizin oyun sisteminizə uyğun deyil ki?
– Norveçlə oyun bizim üçün çox vacibdir. Bu oyundan sonra bu barədə də danışarıq. Malta ilə oyundan öncə “Neftçi”nin futbolçularından çox danışılırdı. İndi də Nurlan Novruzovdan çox sual verirsiniz.

– Martin Edeqora xüsusi diqqət ayıracaqsınız? Ümumiyyətlə, Norveç yığmasının heyətində kimləri qeyd edə bilərsiniz?
– Rəqibimiz zəif komanda deyil. Almaniya, İngiltərə və İspaniya çempionatlarında oynayan güclü futbolçuları var. Hər bir futbolçuları önəmlidir. Amma biz təkcə Edeqor barədə düşünməməliyik. Başqa oyunçuları da təhlükəlidir. //azerisport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Millimizin baş məşqçisi: “Çalışacağıq ki, 1/4 finala vəsiqə qazanaq”

admin

Nazim Süleymanov: “Mən “Neftçi”yə getməyimlə səhv etdim” – MÜSAHİBƏ

admin

Sahib Ələkbərov: “Biz bu təqvimdə yer almaq üçün çox çalışmışıq”

admin