Milli komanda

Prosineçki Norveçlə oyun üçün start heyətini açıqladı

Millimizin baş məşqçisi Robert Prosineçki sabah DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçiriləcək oyun üçün strat heyətini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, oyunöncəsi mətbuat konfransında xorvat mütəxəssis sabahkı matçda aşağıdakı “11-liy”ə şans verəcəyini bildirib:

Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Maksim Medvedev, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Eddi İsrafilov, Ruslan Qurbanov, Dmitri Nazarov, Ağabala Ramazanov



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43