Milli komanda

Prosineçki Premyer Liqanın oyunlarında

Millimizin baş məşqçisi Robert Prosineçki və onun köməkçiləri Azərbaycan Premyer Liqasının X turu çərçivəsində bu gün keçiriləcək dörd oyunu izləyəcək.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, “Zirə” – “Kəpəz” matçını Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki və köməkçisi Mahmud Qurbanov, “Qarabağ” – “Rəvan” qarşılaşmasını millinin məşqçisi Elxan Abdullayev, “Neftçi” – “İnter” matçını isə qapıçılar üzrə məşqçi Faiq Əzizov izləyəcək. Robert Prosineçki və Mahmud Qurbanov “Neftçi” – “İnter” qarşılaşmasına baxmaq üçün “Zirə” – “Kəpəz” oyunundan dərhal sonra “Bakcell Arena”ya gedəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43