Milli komanda

Prosineçki Rahid Əmirquliyevi seçdi

DÇ-2018-in seçmə mərhələsində sabah Şimali İrlandiya ilə qarşılaşacaq millimizin kapitanı məlum olub.

İdmanxeber.com-un AFFA-nın rəsmi “Facebook” səhifəsinə isitinadən yaydığı xəbərə görə, kapitanlıq sarğısını Rahid Əmirquliyev daşıyacaq.

Xatırladaq ki, əsas kapitan Rəşad Sadıqov zədə səbəbindən sabahkı oyunu buraxacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43