Milli komanda

Prosineçki: “Seçmə mərhələnin sürpriz komandasıyıq”

Norveçlə oyunda qələbə, Çexiya ilə görüşdə heç-heçə önəmli nəticələrdir. Azərbaycanda artıq futbol coşqusu var. İnsanlar bizə inanır”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsindəki uğurlu çıxışları barədə goal.com-a açıqlamasında deyib.

Xorvatiyalı mütəxəssis komandasına inandığını bildirib:

“Razıyam ki, seçmə mərhələnin sürpriz komandasıyıq. Kimsə bizdən bu nəticələri gözləmirdi. Ancaq biz hər komanda ilə başabaş mübarizə aparacağımıza inanırıq. Bir çox oyunçudan istifadə edirik. Özümüzə inanırıq”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43