Dünya futbolu

Prosineçki Superliqa klubu ilə danışıqlara başladı

Millimizin baş məşqçisi Robert Prosineçkini transfer etmək istəyən klubların sırasında daha biri əlavə olunub.

İdmanxeber.com-un məlumatına görə, Türkiyənin “Konyaspor” klubu xorvatiyalı mütəxəssislə maraqlanır. Komandanın hazırkı çalışdırıcısı Aykut Kocamanın “Fənərbaxça”ya keçəcəyi gözlənildiyi üçün klub rəhbərliyi yeni baş məşqçi vəzifəsinə Prosineçkini gətirməyi planlaşdırır.

Millimizin baş məşqçisi ilə artıq ilkin danışıqlara başlandığı bildirilib.

Prosineçki ilə “Bursaspor”, “Valensiya” və “Sevilya” klublarının maraqlandığı iddia edilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43