Dünya futbolu

Prosineçki Türkiyəyə yollandı

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin agenti Yaşar Çalışır “Bursaspor” prezidenti Ali Ayla görüşüb.

İdmanxeber.com-un məlumatına görə, menecer klub rəhbəri ilə növbəti mövsümün planlarını müzakirə edib. Ali Ayın Çalışırdan Prosineçkinin klublar, heyətlə bağlı fikirlərini öyrəndiyi bildirilir. İyunun 10-da DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə matçdan sonra Robertin Türkiyəyə gedərək “Bursaspor” rəsmiləri ilə görüşəcəyi də yayılan xəbərlər arasındadır.

Qeyd edək ki, Prosineçkinin AFFA ilə müqaviləsi dekabr ayının 4-də başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43