Dünyadan

Prosineçki UEFA-nın rəmzi yığmasında yer aldı

UEFA-nın rəsmi saytında vaxtilə futbolçu olmuş indi isə DÇ-2018-in seçmə mərhələsində məşqçi kimi fəaliyyət göstərən məşqçilərin simvolik yığması tərtib olunub.

İdmanxeber.com-un məlumatına görə, siyahıda Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin də adı var. O, vaxtilə Xorvatiya milli komandasının heyətində dünya çempionatının bürünc mükafatçısı olub.   

Rəmzi “11-lik”də Andrey Şevçenko, Xuan Lopetegi, Didye Deşam, Qaret Sautqeyt və Fatih Terim də yer alıblar.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43