Kateqoriyasız

Prosineçki yenidən millimizdə? – Özünün açıqlaması

Hazırda Türkiyə superliqa təmsilçisi “Kayserispor”u çalışdıran Robert Prosineçki yenidən millimizi çalışdıracağı barədə Türkiyə və Azərbaycan mətbuatında yayılan xəbərlərə münasibət bildirib.

O, “Futbol+” qəzetinə açıqlamasında hazırda ancaq koronavirus təhlükəsinin aradan qalxacağı zamanı gözlədiklərini söyləyib.

“Hazırda “Kayserispor”un başındayam və hədəfimiz superliqada qalmaqdır. Ona görə də indi başqa heç nə haqda düşünmürəm. O ki qaldı sualınıza konkret cavaba, bu günə qədər AFFA-dan və ya Azərbaycandan mənimlə əlaqə saxlayan olmayıb. Yəni yenidən millini çalışdıracağımla bağlı yazılanlar bu gün üçün aktual deyil. Çünki hazırda bir işin başındayam. Gələcəkdə ola bilərmi? Gələcəkdə nə olacağını nə siz deyə bilərsiz, nə də mən. Yenə deyirəm, AFFA-dan heç kim mənimlə əlaqə saxlamayıb” – deyə R.Prosoneçki bildirib.

Xatırladaq ki, xorvatiyalı mütəxəssis 2014-17-ci illərdə milli komandamızın baş məşqçisi işləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43