Bu gün keçirilən Qətər – Azərbaycan matçında milli komandamızı dəstəkləməyə gələn bir qrup azarkeş stadiona buraxılmayıb.
İdmanxeber.com-un məlumatına görə, matçdan sonra milli komandamızın baş məşqçisi Robert Prosineçki stadiona buraxılmayan azarkeşlərlə görüşüb. O, azarkeşlərlə şəkil də çəkdirib.
Qeyd edək ki, Doha şəhərindəki “Əl Sədd” stadionunda millimizin oyununu izləməyə gələnlər Şamxal, Toğrul, Sənan, Elçin, Fərid, Zakir, Mustafa və Saim adlı azarkeşlər olub. Oyunun ictimaiyyətə tam qapalı olaraq keçirildiyi üçün onların stadiona buraxılmadığı bildirilib.