Milli komanda

Prosineçkili millimiz Norveçdən xalla dönür (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan milli komandası AÇ-2016 seçmə mərhələsində növbəti oyununu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, Prosineçkinin rəhbərlik etdiyi əsas milli komandamız Osloda Norveç seçməsinin qonağı olacaq.

Xorvatiyalı mütəxəssisin rəhbərliyi altında iki matça çıxan millimiz bu oyunlarda 1 qələbə və 1 məğlubiyyət əldə edib. Malta ilə AVRO-2016-nın seçmə mərhələsində qələbə qazanan yığmamız, Avstriyada Serbiya ilə yoxlama matçında məyus olub.

Prosineçkinin bu dəfə komandayla hansı nəticəni qazanacağı maraqla gözlənilir. 

28 min azarkeş tutumuna malik "Ullevol" stadionunda keçiriləcək matç Bakı vaxtı iə saat 23:45-də başlayacaq.

AVRO-2016-nın seçmə mərhələsi

H qrupu

12 iyun

23:45. Norveç – Azərbaycan 0:0

Baş hakim: Pavel Gil (Polşa)

Oslo. “Ullevol” stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43