Dünya futbolu

Prosineçkinin əvəzinə fransalı baş məşqçi

“Bursaspor” klubunun yeni baş məşqçisi bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, “yaşıl timsahları” Pol Le Quen çalışdıracaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Azərbaycan millisinin çalışdırıcısı Robert Prosineçki komandanın “sükanı arxası”na gətirə bilməyən Bursa təmsilçisi fransalı mütəxəssisi baş məşqçi vəzifəsinə təyin edib.

“Reyncers”, “Lion”, PSJ, Kamerun millissində baş məşqçi olan Pol Le Quenin son iş yeri Oman yığması (2011-2015) olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43