Milli komanda

Prosineçkinin mətbuat konfransının vaxtı açıqlandı

İyunun 12-də “Avro-2016″nın seçmə mərhələsi çərçivəsində Osloda qarşılaşacaq Norveç və Azərbaycan milli komandalarının məşq cədvəli və baş məşqçilərin mətbuat konfranslarının vaxtı açıqlanıb.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk olaraq jurnalistlər önünə Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo çıxacaq. 

Təcrübəli mütəxəssisin mətbuat konfransı iyunun 11-də, Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Bundan yarım saat sonra isə Norveç yığmasının mətbuat üçün açıq məşqi baş tutacaq.

Millimizin baş məşqçisi Robert Prosineçkinin mətbuat konfransı iyunun 11-də, Bakı vaxtı ilə saat 23:15-də keçiriləcək. Yarım saat sonra isə yığmamızın mətbuat üçün açıq məşqi olacaq.

Qeyd edək ki, iyunun 12-də “Ullevaal” stadionunda keçiriləcək Norveç – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43