İdman

PSJ – “Bordo” matçından öncə stadionu partlatmaq istəyənlər olub

Fransada növbəti terror hadisəsinin qarşısı alınıb. 
İdmanxeber.com-un məlumatına görə, terrorçular bu dəfə “Park De Prens” stadionunu hədəfə alıblar.
Belə ki, Liqa 1-in VIII turu çərçivəsində baş tutan PSJ – “Bordo” (6:2) qarşılaşması zamanı terrorçular partlayış törətməyə çalışıblar. Bunun yerli sakinlərdən birinin diqqətini çəkməsi onların planlarını pozub. Dərhal hadisə yerinə gələn polis əməkdaşları içi benzinlə dolu dörd qaz balonu və üzərində telefon zəngi ilə işə salınmağa hazır olan bomba tapıblar. Hadisə ilə bağlı 5 şübhəli şəxs saxlanılıb.
Qeyd edək ki, PSJ – “Bordo” matçını 47 mindən çox azarkeş izləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43